Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, yığma I Liqa təmsilçisi “Səbail”lə qarşılaşıb.
“Dalğa Arena”nın məşq meydançasında baş tutan görüş Rəşad Eyubovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmanın heyətində qolu 82-ci dəqiqədə Murad Ələkbərov vurub.
Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində ikinci yoxlama oyununu yanvarın 17-də Misli Premyer Liqasında çıxış edən “Şamaxı” klubuna qarşı keçirəcək.
“Zirə” Ukrayna və Çexiya klubları ilə üz-üzə gələcək
"Sumqayıt" Xorvatiya klubuna qarşı
“Neftçi” sonuncu yoxlama oyununa çıxacaq - YENİLƏNİR
I Liqa klubu millinin üzvü ilə yolları ayırıb
“Qarabağ” bu gün iki oyun keçirəcək