Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, U-21 millimiz 1-ci liqa təmsilçisi “Səbail”lə qarşılaşıb. “Liv Bona Dea Arena”nın məşq meydançasında baş tutan görüş Rəşad Eyubovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolu 82-ci dəqiqədə Murad Ələkbərov vurub.
U-21 millimiz toplanış çərçivəsində ikinci yoxlama oyununu sabah “Şamaxı”ya qarşı keçirəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta