AZ

TAİB üzvləri 20 Yanvar şəhidlərini ziyarət edib - FOTOLAR

Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi – TAİB-in üzvləri qanlı 20 Yanvar hadisələrinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.Missiya.Az xəbər verir ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb.Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi – TAİB-in sədri, akademik Sudeyif İmamverdiyev  bildirib ki, 20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq:“20 Yanvar 1990-cı il Azərbaycan tarixində qanla yazılmış bir qəhrəmanlıq səhifəsidir. Bu, təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun əsaslı mərhələsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Qanlı Yanvar hadisələrindən 36 il ötür. Hər il olduğu kimi, faciənin növbəti ildönümündə də Azərbaycan xalqı Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini böyük ehtiramla yad edir. Xalqımız onları heç vaxt unutmayacaq”- TAİB sədri bildirib.Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
41
missiya.az

1Mənbələr