“APF Group” MMC-nin rəhbəri dəyişib.Fuad Əlizadəni Rafiq Xəlilov əvəzləyib.“APF Group” MMC 6 iyun 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manatdır. Şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri, N.Tusi küçəsi, ev 5/1-də yerləşir.Şirkətin ilk rəhbəri Fuad Əlizadə olub. O, bundan əvvəl Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsində işləyib, gömrük polkovnikidir.“APF Group” MMC-nin sahibi kimi DGK-nin keçmiş sədri Səfər Mehdiyevin adı çəkilir. Mediada bununla bağlı dərc edilən məlumatlar indiyədək təkzib olunmayıb.Səfər Mehdiyev 2018-2022-ci illərdə DGK-nın sədri vəzifəsində çalışıb.“APF Group” MMC dörd istiqamətdə fəaliyyət göstərir: inşaat, kənd təsərrüfatı, hotelçilik və qida sektoru.Fuad Əlizadənin hansı səbəbdən şirkətin rəhbərliyindən uzaqlaşdırılması bəlli deyil. Məsələ ilə bağlı “APF Group” MMC-dən şərh almaq mümkün olmayıb. (Qaynarinfo)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


