Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, seçməmiz I Liqa təmsilçisi "Səbail"lə üz-üzə gəlib.
"Dalğa Arena"nın məşq meydançasında reallaşan görüş Rəşad Eyubovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə bitib. U-21-in heyətində 82-ci dəqiqədə Murad Ələkbərov fərqlənib.
Qeyd edək ki, sözügedən yığma toplanış çərçivəsində ikinci yoxlama oyununu yanvarın 17-də Misli Premyer Liqasında çıxış edən “Şamaxı”ya qarşı keçirəcək.