AZ

“Wikipedia” da ən çox axtarılanlar: Ölənlər ilk sırada SİYAHI

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Wikipedia”  onlayn ensiklopediyasının operatoru olan “Wikimedia Foundation” portal tarixində ən populyar sorğuların siyahısını tərtib edib.

“Cebheinfo.az” xəbər verir ki, ən çox axtarılan məqalə 647 milyondan çox baxış sayına malik "İllərə görə ölümlərin siyahısı" olub. ABŞ haqqında məqalə ikinci yerdədir (328 milyondan çox baxış sayı), ardınca ABŞ Prezidenti Donald Tramp haqqında məlumat (325 milyondan çox baxış sayı) gəlir. Dördüncü və beşinci yerlərdə 1952-ci ildən 2022-ci ilə qədər taxt-taca sahib olan Böyük Britaniya Kraliçası II Yelizaveta haqqında məqalə və Hindistan haqqında məlumatdır.

Ən populyar on axtarış sorğusuna həmçinin portuqaliyalı futbolçu Kriştiano Ronaldo, ABŞ-nin 44-cü prezidenti Barak Obama, amerikalı sahibkar İlon Mask, İkinci Dünya müharibəsi və Böyük Britaniya haqqında məqalələr daxil olub.

Xatırladaq ki, “Wikipedia”  15 yanvar 2001-ci ildə istifadəyə verilib. Ensiklopediyada 300-dən çox dildə yazılmış 65 milyondan çox məqalə var. Bu materiallara istifadəçilər tərəfindən hər ay 15 milyarddan çox baxılır.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
141
1
cebheinfo.az

2Mənbələr