AZ

ADSEA-nın yeni infrastruktur layihələri ölkədə su təhlükəsizliyini necə gücləndirə bilər?

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) yeni infrastruktur layihələri ölkədə su təhlükəsizliyini necə gücləndirə bilər?

ADSEA-dan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, yeni infrastruktur layihələri - su anbarları, kanallar və sutəmizləyici qurğular ölkədə su təminatını artıracaq, su itkisini azaldacaq və içməli su sistemlərinin davamlılığını gücləndirəcək.

Bununla yanaşı, yağış suyunun yığılaraq istifadəsi, Xəzər dənizi suyunun duzsuzlaşdırılması, havadan və buluddan su alınması layihələri də artıq ilkin mərhələsinə başlayıb. Bu kompleks tədbirlər su ehtiyatlarının idarə edilməsini müasirləşdirərək, Azərbaycanın su təhlükəsizliyini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq və iqlim dəyişikliyinin təsirlərinə qarşı dayanıqlığını artıracaq.

Seçilən
134
1
azertag.az

8Mənbələr