AZ

Açıqlama: 9 və 11-ci sinfi başa vura bilməyən şəxslər üçün...

Əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada imtahan keçiriləcək.

Bu barədə Publika.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, imtahanlara sənəd qəbulu artıq yekunlaşıb. Cari ildə 6 mindən çox şəxs imtahanda iştirak etmək üçün müraciət edib.

İmtahan yerli təhsili idarəetmə orqanları tərəfindən 31 yanvar saat 11:00-da təşkil olunacaq.

Seçilən
25
21
publika.az

4Mənbələr