2025-ci ildə “Bank Respublika”da fiziki şəxslərin depozitləri kəskin azalıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, 2024-cü ildə bankda fiziki şəxslərin əmanətlərinin həcmi 636 milyon 244.66 min manat təşkil edirdisə, 2025-ci ildə bu göstərici 603 milyon 726.04 min manat olub (32 milyon 518,62 min manat və ya 5,11% azalma).
Hesabat dövründə bankın öhdəlikləri artıb. Bankın öhdəlikləri 2025-ci ilin dekabrın 31-nə 498 milyon 276.22 min manat və ya 25.2% artaraq 2 milyard 476 milyon 269.61 min təşkil edib. 2024-cü ildə bu rəqəm 1 milyard 977 milyon 993.39 min manat idi.
Maliyyə qurumunun kredit təşkilatları və digər maliyyə instutları qarşısında öhdəlikləri 92.9% artaraq 1 milyard 9 milyon 613.83 min manata yüksəlib (2024-cü ildə - 523 milyon 479.36 min manat).