AZ

İlona Maskın uşaqlarından birinin anası xAI şirkətini məhkəməyə verib

ain.az, Bizimyol saytına istinadən bildirir.

İlon Maskın uşaqlarından birinin anası Eşli Sent-Kler, amerikalı sahibkarın "xAI" şirkətini, "Grok" adlı süni intellekt (SI) proqramı vasitəsilə yaradılmış cinsi xarakterli şəkillərə görə məhkəməyə verib.

Bizimyol.info xəbər verir ki, bu barədə "NBC News" kanalı məlumat verib.

Nyu-York ştatında verilən iddiada, Sent-Kler bildirir ki, "Grok" adlı chatbot bu ilin əvvəlində onun bikini geyindiyi şəkilini ilk dəfə süni intellektlə dəyişdirərək yayıb və bu, onun razılığı olmadan baş verdi. İddiaya görə, o, "xAI"ya müraciət edərək bu cür şəkillərin yaradılmasına son qoyulmasını istəyib, lakin buna baxmayaraq, "Grok", Sent-Klerin çoxsaylı intim və aşağılayıcı şəkillərini, o cümlədən süni intellektlə yaradılmış dərin saxta (deepfake) materialları ictimaiyyətdə yayıb.

Bu şəkillərlə bağlı məlumatlar yayıldıqdan sonra, Sent-Klerin, sosial şəbəkə platformasında 1 milyona yaxın izləyicisi olan bir bloger olaraq, "X" platformasında hesabı təsdiqlənməyib, premium abunəliyi dayandırılıb və paylaşımlarını monetizasiya etmək imkanı əlindən alınıb, deyə məhkəmə sənədlərində qeyd olunur.

Əvvəllər Maskın şirkəti "Grok" ilə real insanların şəkillərini redaktə etməyi məhdudlaşdırıb. Bu, chatbot tərəfindən intim saxta şəkillərin yaradılması ilə bağlı qalmaqaldan sonra baş verib. Şirkət, bu cür materialların yaradılmasının qanunla birbaşa qadağan edildiyi ölkələrdə tamamilə bloklanacağını bildirərək, "xAI" platformasında bu cür kontentin silindiyini təmin etdiyini açıqlayıb.

Əvvəlcə Malayziya və İndoneziya hökumətləri "Grok"u, chatbotun pornoqrafik, təhqiramiz və icazəsiz şəkildə dəyişdirilmiş şəkillər yaratdığı üçün bloklayıb. Avropa Komissiyasının Texnoloji Suverenlik, Təhlükəsizlik və Demokratiya üzrə komissarı Xenna Virkunnen isə Maskı algoritmlərini düzəltməyə çağırıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
147
bizimyol.info

1Mənbələr