AZ

ABŞ prezidenti Qəzza sülh planının ikinci mərhələsinə keçidi elan edib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Qəzza sülh planının ikincimərhələsinə rəsmi keçidi təsdiqləyib və Fələstinin HƏMAShərəkatının tam tərksilah edilməsi ilə bağlı razılaşmanın əldəolunacağına əminliyini ifadə edib.

Trend-inməlumatına görə, bu barədə Donald Tramp “Truth Social” sosialşəbəkəsində paylaşım edib. O yazıb: “Biz 20 maddəlik Qəzza sülhplanının növbəti mərhələsini rəsmi olaraq başladıq”.

ABŞ Prezidenti yeni yaradılmış Fələstin texnokratik hökumətinidəstəklədiyini vurğulayıb. O bildirib ki, Sülh Şurasının sədriqismində Şuranın Ali Nümayəndəsinin dəstəyinə malik olan və keçiddövründə Qəzza zolağını idarə edəcək Milli Qəzza İdarəetməKomitəsini dəstəkləyir. Trampın sözlərinə görə, bu Fələstinliderləri dinc gələcəyə sadiqdirlər.

Amerika lideri, həmçinin Misir, Türkiyə və Qətərin dəstəyi iləHƏMAS-la bütün silahların təslim edilməsi və tunellərin sökülməsidə daxil olmaqla hərtərəfli tərksilah razılaşmasına nailolunacağına əminliyini ifadə edib.

Seçilən
182
2
az.trend.az

2Mənbələr