AZ

"Real" 2 futbolçusundan narazıdır

Madrid klubu "Real" gənc oyunçularının performansından narazı qalıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, "Real" rəhbərliyi Arda Güler və Franko Mastantuononun tələblərə uyğun olmadığı qənaətinə gəlib.

Məlumata görə, xüsusilə Arda Gülerin vəziyyəti narahatlıq doğurur. Türkiyəli yarımmüdafiəçiyə "yeni Luka Modriç" kimi ümid bəslənilsə də, klubda bu yükün hələlik onun üçün çox ağır olduğu fikri formalaşıb. İspaniya Kubokunda "Albasete"yə qarşı keçirilən və uğursuzluqla nəticələnən matçda Ardanın statistikası da bunu təsdiqləyib. O, həmin görüşdə mərkəz müdafiəçisi Raul Asensiodan daha az ötürmə edib.

Franko Mastantuonoya gəlincə, "kral klubu"nda hesab edirlər ki, argentinalı futbolçu özünəinam hissini itirib və əsas heyətdəki yerindən uzaqlaşıb. Artıq kluba ona bəslənən inam azalmaq üzrədir.

Seçilən
12
2
manset.az

3Mənbələr