AZ

Rodrigez: Venesuela bütün ölkələrlə münasibət qurmaq hüququna malikdir

Venesuela bütün dünya ölkələri, o cümlədən Rusiya, Çin, Kuba və İranla münasibətlər inkişaf etdirmək hüququna malikdir.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin səlahiyyətli prezidenti Delsi Rodrigez parlamentdə çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, Karakas digər dövlətlərlə əlaqələri qarşılıqlı hörmət və beynəlxalq hüquqa riayət prinsipləri əsasında quracaq. Rodrigez vurğulayıb ki, Venesuelanın təkcə ABŞ ilə deyil, bütün xalqlarla münasibət qurmaq haqqı var və bu hüquqdan istifadə olunacaq.

Seçilən
58
teleqraf.com

1Mənbələr