ain.az, Qol.az portalına istinadən məlumat yayır.
Afrika Kuboku tarixində yeni qol rekordu müəyyənləşdi
Afrika Millətlər Kuboku çərçivəsində yeni rekord qeydə alınıb.
QOL.az xəbər verir ki, Seneqal millisinin ulduz hücumçusu Sadio Mane Misirlə yarımfinal qarşılaşmasında yeganə qolun müəllifi olub. O, oyunun 78-ci dəqiqəsində fərqlənərək Məhəmməd Salahın komandasını turnirdən kənarlaşdırıb.
Bu qol həm də statistik baxımdan tarixi əhəmiyyət daşıyır. Belə ki, Manenin vurduğu top cari turnirdəki 120-ci qol olub və bu, Afrika Kuboku tarixində yeni mütləq rekorddur. Bundan əvvəlki ən yüksək göstərici (119 qol) 2023-cü ildəki turnirdə qeydə alınmışdı.
Qeyd edək ki, Seneqal yığması finalda Mərakeş millisi ilə üz-üzə gələcək. Qitənin ən nüfuzlu turnirinin həlledici görüşü yanvarın 18-də, bazar günü Mərakeşin Rabat şəhərində keçiriləcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.