ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Ermənistan Silahlı Qüvvələri üçün nəzərdə tutulan yeni hərbi forma hazırda sınaq mərhələsindən keçir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan məlumat verib.
Nazir özünün “Facebook” səhifəsində yayımladığı video paylaşımda bildirib ki, yeni uniforma nümunələri hərbçilər tərəfindən praktiki şəraitdə test olunub. Onun sözlərinə görə, sınaqlar formanın rahatlığı, davamlılığı və iqlim şəraitinə uyğunluğu baxımından aparılır.
Qeyd olunub ki, sınaq prosesinin nəticələrinə əsasən yeni hərbi forma kütləvi istifadəyə veriləcək.
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.