AZ

Enzo Fernandez "Çelsi"dən ayrıla bilər

"Çelsi"nin ulduz yarımmüdafiəçisi Enzo Fernandez karyerasında yeni bir səhifə açmağı düşünür.

Fanat.Az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, argentinalı futbolçu Paris Sen-Jermen klubunun maraq dairəsinə düşdükdən sonra Londondakı gələcəyini ciddi şəkildə nəzərdən keçirir.

PSJ rəhbərliyi dünya çempionunu heyətə qatmaq üçün münasib şərait axtarır.

Enzonun komandadakı statusu və PSJ-nin ciddi marağı transferin yaxın vaxtlarda reallaşma ehtimalını artırır. Futbolçunun özünün də Parisə köçməyə maraqlı olduğu bildirilir.

Qeyd edək ki, 24 yaşlı futbolçunun klubu ilə 2032-ci ilə qədər müqaviləsi mövcuddur.

Kamil Xudiyev

Seçilən
34
1
fanat.az

2Mənbələr