AZ

Oğuzda palıd ağaclarını kəsən şəxs saxlanıldı

Oğuz rayonunun Padar kəndində palıd növündən olan ağacların kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır. 

Bakıvaxtı.az xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən Keyti Həsənov saxlanılıb. 

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Seçilən
54
20
bakivaxti.az

10Mənbələr