AZ

Pula hərislik insanda psixi pozuntu yaradır?

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

Pula həddindən artıq hərislik insanda psixi pozuntu və asılılıq yaradır.

Bu barədə həkim, nevroloq Vüsalə Nuriyeva BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu qumar, narkotik, spirtli içkilərə olan asılılığa bənzəyir.

"Dopamin sistemi – pul qazanmaq motivasiyanı artırır, həddən artıq aktiv olarsa riskli davranış yaradır. Prefrontal korteks – impulsların idarəsi. Zəif işləyərsə "tez pul qazanmaq" istəyi artır. Amigdala – pul itirmək qorxusu. Həddindən artıq aktiv olarsa hədsiz qənaət və narahatlıq olur", - deyə həkim bildirib.

Vüsalə Nuriyeva vurğulayıb ki, bu, psixoloji xəstəlik hesab edilməsə də, bəzi patoloji formaları psixologiyada və psixiatriyada ayrıca sindromlara bənzəyə bilər.

"Kompulsiv yığım davranışı yaranıb. İnsan pulu və əşyaları yığır, itirməkdən qorxur. Emosional boşluğu və təhlükəsizlik ehtiyacını belə doldurmağa çalışır. Riskli davranışlar, maddi itkilərə rəğmən davamlı oynamada özünü göstərir.

Başqalarının hüquqlarını nəzərə almadan maddiyyatı önə çəkmək olur. Maddi gələcəkdən həddindən artıq qorxu. Bu qorxu real vəziyyətdən daha güclü olur. Bu hallarda psixoloq və psixiatr qiymətləndirməsi mümkündür".

Ziya SƏCCAD

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
75
baku.ws

1Mənbələr