AZ

Bu restoranlardan şikayət edə bilərsiniz AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Azərbaycan qanunvericiliyinə görə, ictimai iaşə müəssisələri restoran, kafe və s. vətəndaşlara bərabər hüquqlu xidmət göstərməlidir”.Bu fikirləri Demokrat.az-a açıqlamasında hüquq müdafiəçisi Rəşad Əliyev bildirib.O deyib ki, heç bir şəxs, cinsi, tək olub-olmaması və ya digər şəxsi xüsusiyyətlərinə görə xidmət almaqdan diskriminasiyaya məruz qala bilməz:“Əgər restoranda tək kişi olduğunuz üçün ümumi zala buraxılmamağınız doğru deyilsə, bu, diskriminasiya və xidmət hüququnun pozulması sayılır. İşin hüquqi tərəfi odur ki, belə hallarda vətəndaşın məhkəmə və ya Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyi yanında Dövlət İstehlakçılar Hüquqlarının Müdafiəsi Agentliyi vasitəsilə şikayət etmək imkanı var. Restoranların öz-özünü “ailələr üçün” və ya “kişilər üçün” zallarına ayırması mümkündür, amma bu, yalnız istifadəçi razılığı ilə və qanun çərçivəsində olmalıdır. Tək bir şəxsin müəyyən zala buraxılmaması və nəticədə xidmətin rədd edilməsi, hüquqi baxımdan əsaslandırılmalıdır. Əks halda qeyri-qanuni ayrı-seçkilik hesab olunur. Belə hallarda vətəndaş müvafiq orqanlara şikayət edə bilər, restoranın xidmət qaydalarını yazılı sorğu ilə tələb edə bilər və diskriminasiya halı təsdiqlənərsə, əməkdaş və müəssisəyə qarşı inzibati məsuliyyət tətbiq oluna bilər”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
137
46
demokrat.az

10Mənbələr