AZ

Boris Pistorius: NATO Rusiya və Çinin Qrenlandiyadan hərbi məqsədlərlə istifadəsinə imkan verməyəcək

BAKI, 15 yanvar. TELEQRAF

NATO Rusiyanın və Çinin Arktikadan hərbi məqsədlərlə istifadə etməsinə imkan verməyəcək.

Teleqraf xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

“Rusiya və Çin Arktikadan hərbi məqsədlərlə getdikcə daha çox istifadə edirlər ki, bu da nəqliyyatın, rabitənin və ticarət marşrutlarının azadlığını şübhə altına alır. NATO buna yol verməyəcək və qaydalara əsaslanan beynəlxalq nizamın müdafiəsini davam etdirəcək”, -deyə Pistorius vurğulayıb.

Nazir həmçinin əlavə edib ki, NATO üzvlərinin Danimarkanın rəhbərliyi altında Qrenlandiyada “birgə kəşfiyyat missiyası” həyata keçirməsi onun üçün son dərəcə vacibdir.

Seçilən
80
teleqraf.com

1Mənbələr