I Liqanın lideri “Şəfa” Amil Yunanovla yollarını ayırıb. Msport.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma yolu ilə xitam verilib. O, son vaxtlar “Şəfa”da əsas heyətə düşə bilmirdi.
33 yaşlı Azərbaycan milli komandasında 5 oyun keçirib. O, karyerası ərzində “Bilis” (Albaniya), “Səbail”, “Kəpəz”, “Şamaxı”, “Sumqayıt”, “Rəvan”, “Qəbələ” kimi klublarda çıxış edib.