AZ

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləndi

Dəyişikliyə əsasən sosial şəbəkələrdə, saytlarda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan edilib.
Qanuna dəyişikliyə görə internetdə və sosial şəbəkələrdə belə məzmunun yayılması qadağan edilir:
- İctimai mənəviyyatı təhqir edən paylaşımlar,
- Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən ifadə və hərəkətlər,
- Əxlaqa zidd ifadələr və bunun kimi jestlər,
- Bədənin hissələrinin milli və mənəvi dəyərlərə zidd şəkildə göstərilməsi
Bu tip paylaşımlar edənlər üçün cəza növləri də müəyyənləşib:
- İlk pozuntu üçün 500-1000 manat cərimə
- Təkrar pozuntular üçün (bir il ərzində) 1000- 2000 manat cərimə
- İnzibati həbs - hallara görə birinci pozuntuda 30 günədək, təkrarda 1-2 ayadək tətbiq edilə bilər
Seçilən
50
50
7news.az

10Mənbələr