AZ

Milli uduzdu, federasiyanın prezidenti cəzalandırıldı

style='margin-bottom:10px;'>

Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto'O Afrika Futbol Konfederasiyası (CAF) tərəfindən cəzalandırılıb.

QOL.az "The Athletic"ə istinadən xəbər verir ki, əfsanəvi futbolçu Afrika Millətlər Kubokunun 1/4 final mərhələsində Mərakeşə 0:2 hesabı ilə uduzduqları oyunda yol verdiyi qeyri-idman hərəkətinə görə 4 matçlıq diskvalifikasiya alıb. Məlumata görə, Eto'o CAF prezidenti Patris Motsepenin yanında hakimlərin qərarlarına qarşı kəskin etirazını bildirərək qəzəbli jestlər edib.

CAF İntizam Komitəsi 44 yaşlı funksioneri idman prinsiplərini pozmaqda təqsirli bilib. Diskvalifikasiya ilə yanaşı, ona 20 min dollar məbləğində cərimə də kəsilib.

Qeyd edək ki, Kamerun Futbol Federasiyası qərarın əsassız olduğunu bəyan edərək prezidentə sona qədər dəstək verəcəyini açıqlayıb.

Seçilən
44
3
teleqraf.com

4Mənbələr