AZ

30 il sonra saxlanıldı Gözünü bağlayıb FOTO çəkdirdilər

Milli.az saytına istinadən ain.az xəbər verir.

İsrail qüvvələri HƏMAS komandiri Yəhya Ayyaşın həyat yoldaşı "Mühəndis" ləqəbli Hiyam Ayyaşı  saxlayıblar.

Milli.Az xəbər verir ki, əsgərlər qadının gözlərini bağlayıb şəkil çəkdirib və sosial mediada paylaşıblar.

İsrail qüvvələri HƏMAS lideri Yəhya Əyyaşın həyat yoldaşı Hiyam Əyyaşı Qərb Şəriyəsinin Nablus şəhərində saxlayıb.

Saxlanmanın səbəbi Hiyam Ayyaşın ərinin ölümünün ildönümündə dərc etdiyi "təhrikedici mesaj" kimi göstərilib. 

Qeyd edək ki, Yəhya Əyyaş 5 yanvar 1996-cı ildə İsrailin daxili kəşfiyyat agentliyi Şin Bet tərəfindən izlənilən əməliyyat zamanı telefonuna yerləşdirilmiş partlayıcı qurğunun uzaqdan işə salınması nəticəsində həlak olub.

Fidan

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
2
news.milli.az

3Mənbələr