"Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Əli oğlu Hüseynov vəzifəsindən azad edilib. İ.Hüseynovun vəzifədən azad olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Sabiq sədr müavininin vəzifədən azad olunma səbəbi təqaüd yaşına çatmasıdır.
Məlumat üçün bildirək ki, İ.Hüseynov müxtəlif vəzifələrdə çalışıb, 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun iqtisadi məsələlər üzrə rəis müavini, 2010-2026-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifələrində çalışıb.