Azərbaycanda yanvarın 17-si gündüzdən ikinci soyuq hava dalğası keçəcək.
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Hava dalğası yanvarın 15-i axşamdan başlayacaq.
Yanvarın 16-si isə qısa fasilə gözlənilir.
Sözügedən dövrdə hava şəraiti yenidən yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Bu müddət ərzində Bakıda və Abşeron yarımadasında da yağıntıların sulu qara keçəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enərək, minimal temperatur Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, dağətəyi rayonlarda 3 dərəcəyədək, dağlıq rayonlarda 5-10 dərəcə, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacaq.
Bakının rayonlarında, xüsusən də, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Əlverişsiz hava şəraitinin yanvarın 22-dək davam edəcəyi gözlənilir.