AZ

İrandakı son hadisələr Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcək?

Bu gün BMT Təhlükəsizlik Şurasının İrandakı vəziyyətlə bağlı təcili iclası keçirilə bilər. Bu, İranda baş verənlər ilə bağlı ciddi sinqaldır.

Publika.az xəbər verir ki, bunu iqtisadçı alim, millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O, İrandakı son hadisələrin Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcəyi sualına aydınlıq gətirib. Deputat Azərbaycan ilə İran arasında ticarət dövriyyəsinin 2024-cü ildə əvvəlki ilə nisbətən 25 faiz artaraq 647 milyon dollara çatdığını xatırladıb.

"2023-cü ildə bu göstərici 487 milyon dollar idi. 2025-ci ilin ilk 10 ayında isə ölkələr arasında 510 milyon dollarlıq ticarət dövriyyəsi qeydə alınıb. Rəqəmlər ölkələr arasındakı ticarət əlaqələrinin kiçik göstəricilər ilə ifadə olunmadığını göstərsə də, dövriyyənin strukturu fərqli təəssürat yaradır. Belə ki, ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İrandan idxaldır. 2024-cü ildə 647 milyon dollarlıq dövriyyənin 633 milyonu İrandan idxal hesabına formalaşıb. Yəni ümumi ticarət dövriyyəsinin cəmi 3 faizi Azərbaycanın İrana ixracıdır. 2025-ci ilin ilk 10 ayında isə İran ilə olan 510 milyon dollarlıq dövriyyəmizin 502 milyon dolları cənubdan məhsul gətirmək hesabına formalaşıb. Həmin müddətdən cənub qonşumuza sadəcə 8 milyon dollarlıq məhsul ixrac edə bilmişik. Bu isə o deməkdir ki, İranla ticarətdə 502 milyon dollarlıq mənfi saldomuz yaranıb.

Deməli, İran ilə ticarət əlaqələrimizdə illər üzrə mənfi saldomuz var. Yəni İran Azərbaycan ilə ticarət əlaqələrindən daha çox qazanır. Bu isə o deməkdir ki, İran ilə ticarət əlaqələrində texniki çətinliklər olarsa, bunun Azərbaycan ixracatına hər hansı xüsusi təsiri olmayacaq. İllər üzrə statistik təhlillər göstərir ki, iki ölkə arasındakı ticarətdə İran idxalı dominant olub. Azərbaycanın ümumi ixracatında İranın payı hətta tam rəqəmlər ilə belə ifadə olunmur. İxrac ölkəyə valyuta, idxal isə ölkədən valyuta aparır.Təsirlərə gəldikdə isə, bu özünü İrandan idxalın azalmasında göstərə bilər. Azərbaycana İrandan tikinti materialları, kənd təsərrüfatı məhsulları, eləcə də quru meyvələr, yüngül sənaye məhsulları, xüsusən də məişətdə istifadə edilən sənaye məhsulları idxal edilir.

Seçilən
46
7
publika.az

9Mənbələr