AZ

16 illik vəzifəsini itirən İqbal Hüseynov kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev imzaladığı sərəncamla İqbal Əli oğlu Hüseynovu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini vəzifəsindən azad edib.

Ölkə.Az İ.Hüseynovun dosyesini təqdim edir:

1958-ci ildə doğulub.

Moskva Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunda "Dəmir yolu istismarı, daşınma proseslərinin idarə olunması" ixtisası üzrə təhsil alıb.
1984–2003-cü illərdə Azərbaycan Dəmir Yolu İdarəsinin Biləcəri stansiyası, Hərəkət xidməti, Yükdoldurma və boşaltma şöbəsi, Yük daşımalarının planlaşdırılması şöbəsi, Tarif və nəqliyyatservis xidmətində müxtəlif vəzifələrdə çalışıb.

2003–2004-cü illərdə Nəqliyyat Nazirliyinin Maliyyə və kredit departamentinin rəis müavini vəzifəsində işləyib.

2004–2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolları rəisinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb. 

2010-cu ildən “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsində çalışırdı.

Billurə

Seçilən
51
olke.az

1Mənbələr