Türkiyə və Azərbaycanla dəmir yolu əlaqəsinin müəyyən hissələrinin təmiri məsələsi Rusiya ilə müzakirə olunub.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan açıqlayıb.
O, bu barədə Rusiya Prezidenti Vladimir Putinlə danışdığını bildirib: "Ermənistan Baş nazirinin müavini də Rusiya Baş nazirinin müavini ilə danışmaq imkanı əldə etdi.
Biz Rusiya Federasiyasındakı tərəfdaşlarımızın cavabını gözləyirik.
Uyğun vaxta gəldikdə isə, dünənki hadisələrdən sonra uyğun vaxt indidir, bizim istəyimiz budur ki, bu, indi edilsin. Proseslər gedir. Biz rusiyalı tərəfdaşlarımızdan bu məsələ ilə bağlı qərar vermələrini xahiş edirik".