AZ

® “Expressbank” illik maliyyə hesabatını açıqlayıb

“Expressbank” 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

Bildirilir ki, bankın aktivləri ötən ilin sonu ilə müqayisədə artım göstərib.

Həmçinin bankın kredit portfelində də əhəmiyyətli dəyişiklik olub. Belə ki, dövr ərzində biznes kreditlərində 20 faizdən çox, ümumilikdə bankın kredit portfelində isə 10 faizə yaxın artım müşahidə olunub. Bununla da bankın faiz gəlirlərində 21 faizə yaxın artım qeydə alınıb.

Qeyd edək ki, ötən dövr ərzində fiziki şəxslərin “Expressbank”a yerləşdirdiyi əmanətlərin həcmində də 29 faizə yaxın artım olub. Bu isə öz növbəsində bankın depozit portfelinin, təxminən 19 faiz artımına təkan verib.

Ümumilikdə isə bankın xalis faiz gəlirlərində ötən hesabat dövrü ilə müqayisədə 10 faizdən çox artım olub. Bankın əməliyyat mənfəəti 19 milyon manatdan çox təşkil edir. Cari ildə bank kreditlər üzrə 9 milyon manatdan çox məqsədli ehtiyat ayırmalarına xərc çəkib ki, bu ehtiyatlar bankın gələcək dayanıqlığının təmin edilməsi üçün artırılır.

Qeyd edək ki, “Fitch” beynəlxalq reytinq agentliyi 2025-ci ildə “Expressbank” ASC-ni yenidən qiymətləndirərək bankın uzunmüddətli reytinqini “B+” səviyyəsində “Sabit” proqnozla təsdiqləyib.

“Expressbank” ASC Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.

Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi, 134C.

“Expressbank” - İşiniz rahat getsin!

Seçilən
17
3
azertag.az

8Mənbələr