AZ

17 yaşlı Kamalın ölümünə görə cinayət işi açıldı

17 yaşlı Kamalın ölümünə görə cinayət işi açıldı

"Baku City Karting" əyləncə mərkəzində bu il yanvarın 1-də baş vermiş və yeniyetmənin ölümünə səbəb olan hadisə ilə bağlı cinayət işi başlanıb.

Report xəbər verir ki, faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci maddəsi (ehtiyatsızlıqdan adam öldürmə) üzrə cinayət işi açılıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, yanvarın 1-də Əhəd Yaqubov küçəsi 15-də yerləşən "Baku City Karting" əyləncə mərkəzində paytaxt sakinləri - 2008-ci il təvəllüdlü Kamal Anar oğlu Səfərli və 2009-cu il təvəllüdlü Fatimə Bəhlulzadə idarə etdikləri kartinq maşınları toqquşub.

Nəticədə K.Səfərli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Seçilən
14
16
afn.az

10Mənbələr