AZ

Rusiyada DİN binasında partlayış olub Yaralananlar var

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sıktıvkarda (Rusiya Federasiyasının tərkibində yerləşən Komi Respublikasının paytaxtı, - red.) Rusiya  Daxili İşlər Nazirliyinin binasında partlayış baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, partlayış peşə təlim mərkəzində qeydə alınıb. Hadisə nəticəsində 7 nəfər yaralanıb. 

"Mərkəzin akt zalında naməlum qurğu partlayıb. Binada tikinti işləri gedirdi", - deyə KİV yazıb. 

Qeyd olunur ki, hadisə yerində təcili yardım xidmətləri işləyir.

Gülayə Mecid 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
1
unikal.az

2Mənbələr