Bakı. Trend:
Hakimlərin xidməti vəsiqəsinin nümunəsi Məhkəmə-Hüquq Şurasıtərəfindən təsdiq ediləcək və Məhkəmə-Hüquq Şurasının sədritərəfindən təqdim ediləcək.
Trend xəbər verir ki, bu,Prezident İlham Əliyevin təsdiqlədiyi “Məhkəmələr və hakimlərhaqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna ediləndəyişiklikdə öz əksini tapıb.
Qanuna əsasən, hakimə nümunəsi Məhkəmə-Hüquq Şurası tərəfindəntəsdiq edilən xidməti vəsiqə veriləcək. Xidməti vəsiqəMəhkəmə-Hüquq Şurasının sədri tərəfindən təqdim ediləcək. Hakiminxidməti vəsiqəsi onun statusunu və vəzifəsini təsdiq edən sənədhesab ediləcək.
Hakim səlahiyyət müddəti ərzində xidməti vəsiqədən istifadəedəcək. Hakimin soyadı, adı, atasının adı, vəzifəsi dəyişdikdə vəya xidməti vəsiqənin etibarlılıq müddəti qurtardıqda, habeləxidməti vəsiqə itirildikdə və ya yararsız hala düşdükdə ona yenixidməti vəsiqə veriləcək.
Hakimin səlahiyyətlərinə xitam verildikdə xidməti vəsiqəMəhkəmə-Hüquq Şurasına qaytarılacaq.