AZ

Biz İrana hərbi müdaxiləyə qarşıyıq Hakan Fidan

ain.az, Unikal.az saytına istinadən bildirir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan İrandakı hadisələri yaxından izlədiklərini və regional sabitliyə böyük əhəmiyyət verdiklərini bildirib.

"Unikal" xəbər verir ki, o, bu barədə yerli mediaya açıqlama verib. 

"Bölgəmizdə çoxsaylı inkişaf edən problemlər mövcuddur. Bunlardan biri də İranın illərdir məruz qaldığı sanksiyalardır. Bölgədə bir sıra siyasi fikir ayrılıqları mövcuddur. İranın dostu və qonşusu olaraq, biz fikirlərimizi səmimi və aydın şəkildə bölüşürük. Bu, bizim sərhəd qonşumuzdur, əsrlər boyu dəyişməz qalan sərhədimiz var və iki xalq çox oxşardır. Buna görə də İranda baş verənlər bizi yaxından narahat edir və biz bunu yaxından izləyirik. Problemlərin dialoq yolu ilə həll olunmasını istəyirik. Ümid edirəm ki, İran və ABŞ bu məsələni öz aralarında həll edəcəklər. Biz İrana hərbi müdaxiləyə qarşıyıq",- deyə nazir vurğulayıb. 

Gülayə Mecid 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
55
2
unikal.az

10Mənbələr