AZ

Nottingem Forest ukraynalı ilə yolları ayırmaq istəyir

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Nottingem Forest" "Arsenal"ın ukraynalı müdafiəçisi Aleksandr Zinçenko ilə icarə müqaviləsini vaxtından əvvəl ləğv etməyə hazırdır. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Sami Mokbel "X" sosial media platformasında məlumat yayıb. 

Mənbənin sözlərinə görə, müqavilədə transferin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı bənd yoxdur, ona görə də bu məsələnin həlli üçün məsuliyyət "Nottingem Forest"in üzərindədir. "Arsenal"ın heyəti isə artıq tam formalaşıb, ona görə də klub ukraynalını geri qaytarmağı düşünmür. 

Qeyd edək ki, Aleksandr 2025/26 mövsümündə 10 oyunda meydana çıxıb. ç bütün "Transfermarkt" onun dəyərini 15 milyon avro qiymətləndirir. Oyunçunun icarə müddəti cari mövsümün sonuna qədərdir və bu da onun "topçular"la müqaviləsinin bitməsinə bərabərdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
86
sport24.az

1Mənbələr