AZ

Qurumun qəbul otağından çəkilən görüntülərlə bağlı rəsmi açıqlama

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Qaçqınkom") keçmiş məcburi köçkün Orxan Fətəliyevin sosial şəbəkədə qurumun qəbul otağından video paylaşaraq müraciətlərinə baxılmaması ilə bağlı iddialarına aydınlıq gətirib.

Qaziler.az xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Zəngilan rayonunun Məmmədbəyli kəndindən keçmiş məcburi köçkün Orxan Məhəmməd oğlu Fətəliyev ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şosesində qanunsuz inşa edilmiş şəxsi mənzildə məskunlaşıb:

"Azad edilmiş ərazilərə, ilk növbədə, qəzalı vəziyyətdə və ağır şəraitdə yataqxana, sanatoriya, düşərgə kimi müvəqqəti məskunlaşma obyektlərində yaşayan ailələr köçürülür. Orxan Fətəliyevin isə yaşayış şəraitinin normal olduğunu nəzərə alaraq onun Məmmədbəyli kəndinə köçürülməsinə yeni evlər tikildikdən sonra növbəti mərhələlərdə qanunvericiliyə uyğun olaraq yenidən baxılacaq".

Vurğulanıb ki, Orxan Fətəliyevin müraciətlərinə baxılmaması haqqında dedikləri isə həqiqəti əks etdirmir:

"Belə ki, onun Dövlət Komitəsinə yazılı müraciəti ötən ilin dekabrın 19-da müvafiq qaydada cavablandırılıb və vətəndaşın ünvanına göndərilib. Eləcə də o, bir neçə dəfə rəhbər şəxslərin qəbulunda olub. Ötən gün Dövlət Komitəsində olarkən də aidiyyəti struktur bölmənin rəhbəri tərəfindən qəbul edilib və müraciəti ilə əlaqədar ona müvafiq izahat verilib. Orxan Fətəliyevin atası Məhəmməd Fətəliyev digər oğlu ilə birlikdə Zəngilan rayonunun Məmmədbəyli kəndində ailə tərkibinə uyğun olaraq dördotaqlı mənzillə təmin edilib".

Seçilən
15
12
qaziler.az

10Mənbələr