AZ

Ağdaşda yol qəzası oldu, yaralanan var

AĞDAŞ, 15 yanvar. TELEQRAF

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə az öncə rayon mərkəzində, Müşfiq İsayev küçəsində baş verib.

Yol qəzası zamanı müxtəlif bədən xəsarətləri alan 1990-cı il təvəllüdlü Yusifov İlqar Tahir oğlu təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
43
1
teleqraf.com

4Mənbələr