Müğənni İntiqam Kərimov "Öz aramızda" verilişində səsləndirdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.
İntiqam Kərimov bildirib ki, Vəfa Şərifova haqqında dedikləri yanlış anlaşılıb. O, "Vəfadan maşın alanın da, 1 manat pul alanın da Allah gorbagor etsin. Mən sadəcə dedim ki, qızın səs diapazonu budur. Çünki uşaqlıqda onun müəllimi olmuşam. O gedib toyxanalarda oxuyur, pulunu qazanır, mən onu özüm kimi oxumağa məcbur edə bilmərəm. Bilmədən danışırsınız. Mən heç vaxt 'Vəfa bir nömrədir' deməmişəm, sadəcə səs diapazonunu göstərmişəm", - deyə vurğulayıb.
Müğənninin bu açıqlamaları veriliş zamanı müzakirələrə səbəb olub və sosial şəbəkələrdə də geniş rezonans doğurub./Milli.az/