Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Cənubi Çin dənizində yerləşən aviadaşıyıcı zərbə qrupunu Yaxın Şərqə yönləndirir.
KONKRET.az bildirir ki, NewsNation nəşrinin mənbəyə istinadən yaydığı məlumata görə, ABŞ ilə İran arasında artan gərginlik bu qərarın əsas səbəblərindən biridir.
Bildirilir ki, aviadaşıyıcı zərbə qrupunun bölgəyə çatdırılması təxminən bir həftə çəkəcək. Daha sonra qrup ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına daxil olacaq. Aviadaşıyıcı qrupun dəqiq tərkibi açıqlanmır.
Qeyd edək ki, daha əvvəl The Washington Post qəzeti ABŞ-ın İrana qarşı genişmiqyaslı hərbi əməliyyat aparmaq üçün hazırda kifayət qədər resursa malik olmadığını yazmışdı.
Mənbənin sözlərinə görə, CENTCOM zonasındakı bəzi hərbi resurslar Venesuela ilə bağlı əməliyyatlara dəstək məqsədilə bölgədən çıxarılıb. Bu da Yaxın Şərqdə ABŞ-ın hərbi imkanlarını məhdudlaşdıran əsas amillərdən biri kimi qiymətləndirilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.