“Roma” heyətini yeni futbolçu ilə gücləndirib.
QOL.az xəbər verir ki, paytaxt təmsilçisi “Marsel”dən Robinio Vazı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı hücumçu ilə 4.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Robinio bu mövsüm “Marsel”də 22 oyunda 4 qol vurub.