Türkiyədə məşhurları hədəf alan narkotik araşdırması çərçivəsində milli voleybolçu Derya Çayırqan və daha 12 şübhəli saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri yazıb.
Qeyd olunur ki, saxlanılan şəxslər İstanbul Ədliyyəsinə aparılıb.
Bununla yanaşı, istintaq çərçivəsində həbs olunan, sosial media fenomeni Rabia Karaca, voleybolçu Derya Çayırqan barəsində iddia irəli sürüb. Karacanın sözlərinə görə, Derya Çayırqan hazırda həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş meri Əkrəm İmamoğlunun sevgilisidir.
"15 nömrəli fotoda Derya Çayırqanı tanıdım. Bu şəxs İmamoğlunun sevgilidir. O, yalnız İmamoğluna məxsus idi. Bizimlə heç bir əlaqəsi yox idi", - deyə Rabia ifadəsində qeyd edib.
Seymur Əli