AZ

Trampın gömrük rüsumu hədəsi: Azərbaycana necə təsir edəcək?

Hurriyyet saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Tramp Azərbaycan və İran arasında ticarət əlaqələrinin hansı istiqamətlər üzrə olduğunu necə müəyyən edəcək? Ümumiyyətlə, buna hansısa nəzarət mexanizmi var?”

Bu sözləri “Yeni Sabah”a iqtisadçı Pərviz Heydərov deyib.

O, İslam Respublikası ilə ticarət əlaqələri saxlayan ölkələrə 25% gömrük rüsumu tətbi qediləcəyinə dair ABŞ Prezidentinin xəbərdarlığını şərh edib.

P. Heydərov ABŞ-nin sanksiya və gömrük rüsumları ilə bağlı təhdidləri bir çox dövlətin ciddi qəbul etmədiyini vurğulayıb:

“Rusiyaya “n” qədər sanksiyalar tətbiq olunur. Amma Rusiya qaz da, neft də satır. Moskvanın dünyanın bir çox ölkəsi ilə ticarət əlaqələri də mövcuddur. Rusiya sanksiyalardan yayınmaq üçün müxtəlif ölkələr vasitəsi ilə ticarət dövriyyəsini həyata keçirir. Çin, Hindistan kimi ölkələr isə Qərbin sanksiyalarına ümumiyyətlə məhəl qoymur. ABŞ prezidentinin müəyyən etdiyi şərtlərə Azərbaycanın hansı dərəcədə əməl edib-etmədiyini necə müəyyən etmək olar ki? Bu mümkün deyil”.

Ekspert vurğulayıb ki, Azərbaycan üçün narahatedici faktor deyil:

“İran o qədər də böyük investisiya imkanlarına, inkişaf etmiş şirkətlərə malik deyil. Azərbaycan da bu ölkəyə investisiya qoymur. Əgər ortada investisiya, irimiqyaslı tərəfdaşlıq olsaydı, Trampın Azərbaycana gömrük rüsumu tətbiq etməsinə əsas olardı. Əks halda, İran ticarət əlaqələrinin həcmi baxımından, Rusiya, Türkiyə, yaxud Çin qədər deyil. Bu baxımdan, narahat olmağa dəyməz”.

Xatırlatma: 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanla İran arasında ticarət dövriyyəsi 568 milyon 106,44 min dollar təşkil edib. Bu məbləğin 558 milyon 705,86 min dolları İrandan Azərbaycana idxalın, cəmi 9 milyon 400,58 min dolları isə Azərbaycanın ixracının payına düşür.

Birləşmiş Ştatlarla ticarətə gəldikdə, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanla ABŞ arasında qarşılıqlı ticarət dövriyyəsi 1 milyard 364 milyon 998,01 min dollar təşkil edib. Bu məbləğin cəmi 56 milyon 191,69 min dolları Azərbaycanın ABŞ-yə ixracının payına düşür, qalan hissə isə ABŞ-dən idxalı əks etdirir.

Nazim Hacıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
hurriyyet.az

2Mənbələr