AZ

Azərbaycan millisinin Danimarka ilə yoldaşlıq matçlarının hakimləri bəlli olub

Futzal üzrə Azərbaycan millisinin Danimarka yığması ilə keçirəcəyi yoldaşlıq matçlarını idarə edəcək hakimlər müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Yanvarın 22-də saat 19:00-da start götürəcək görüşü Əli Cəbrayılov, İmran Məhərrəmov və Ramil Namazov idarə edəcəklər.

Yanvarın 24-də saat 16:00-da başlayacaq qarşılaşmaya isə Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcov təyinat alıblar.

İdman.Biz
Seçilən
68
8
idman.biz

10Mənbələr