Yazını böyüt
Yazını kiçilt
Yol-nəqliyyat hadisəsi bir həftə əvvəl rayonun Qazma kəndi ərazisində baş verib.
Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilir ki, yanvarın 9-da rayon sakini Sadiq Balagözov idarə etdiyi VAZ-2115 markalı avtomobillə Balakən rayonunun Qazma kəndində hərəkətdə olarkən yolu keçən piyada, 64 yaşlı Cəərey Əliyevanı vurub. Piyada aldığı xəsarətlərdən dünən xəstəxanada vəfat edib.
Yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.