AZ

Şahmat tacına iddiaçıların siyahısı açıqlandı

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2026-cı ildə keçiriləcək dünya şahmat tacına İddiaçılar turnirinin iştirakçılarının siyahısını təsdiqləyib.

"Football-plus.az" xəbər verir ki, turnir martın 29-dan aprelin 15-dək Cənubi Kiprin cənub-qərb sahilində Pafos yaxınlığındakı oteldə keçiriləcək.

Kişilər: Andrey Yesipenko (Rusiya), Fabiano Karuana, Hikaru Nakamura (hər ikisi ABŞ), Aniş Giri (Niderland), Mattias Blubaum (Almaniya), Vey İ (Çin), Javohir Sindarov (Özbəkistan), Rameşbabu Praqnanandha (Hindistan).

Qadınlar: Aleksandra Qoryaçkina, Yekaterina Lahno (hər ikisi Rusiya), Zhu Tsziner, Tan Çjunyi (hər ikisi Çin), Divya Deşmukx, Hampi Koneru, Rameşbabu Vayşali (hamısı Hindistan), Bibisara Asaubayeva (Qazaxıstan).

Seçilən
60
1
football-plus.az

10Mənbələr