AZ

Lənkəranda dördotaqlı evdə YANĞIN

Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran rayonunun Viravul kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hafta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 200 kvadratmetr olan dördotaqlı evin bir otağının yanar konstruksiyaları 12 kvadratmetr sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Seçilən
46
16
hafta.az

10Mənbələr