AZ

İrandakı etirazlarda ölənlərin sayı 2 600-ü keçib, 18 mindən çox nümayişçi saxlanılıb

İranda keçirilən etiraz aksiyalarına təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində ölənlərin sayı 2 615-ə yüksəlib, 18 470 nəfər isə həbs edilib.

Banker.az  xəbər verir ki, bu rəqəmlər “Human Rights Activist News Agency” (HRANA) təşkilatının aksiyaların 18-ci gününün yekunlarına dair hesabatında öz əksini tapıb.

Ölənlərdən 13-nün uşaq, 14-nün isə aksiyalarda iştirak etməyən mülki şəxslər olduğu bildirilib. 153 təhlükəsizlik qüvvəsi əməkdaşının öldüyü vurğulanan məlumatda 882 ölüm halı ilə bağlı araşdırmanın davam etdiyi qeyd olunub.

Məlumata görə, yanvarın 14-də ölkə üzrə 31 vilayətin 187 şəhərində 617 etiraz aksiyası qeydə alınıb.

Qeyd edək ki, İranda dekabrın 28-də milli valyutanın qəfil kəskin dəyər itirməsindən sonra etirazlar başlayıb.

Seçilən
13
2
banker.az

10Mənbələr