Bakı. Trend:
Avstraliyanın paytaxtı Kanberrada ən azı 11 əldəqayırmapartlayıcı qurğu aşkar edilib.
Trend xəbər verirki, bu barədə Avstraliya polisi məlumat yayıb.
Borulardan hazırlanmış bombalar Kanberranın şimal-qərbhissəsində yerləşən küçələrdə yoldan keçən şəxslər tərəfindəntapılıb. Polis departamentinin açıqlamasında bildirilib ki,Belkonnen rayonunun küçələrində ev istehsalı partlayıcı qurğularınaşkarlanması ilə bağlı məlumatlar yanvarın 13-dən etibarənictimaiyyətdən daxil olmağa başlayıb.
Polisin məlumatına görə, hazırda bu tip qurğuların Kanberranındigər ərazilərində aşkar olunması ilə bağlı heç bir məlumat yoxdur.Bununla belə, hüquq-mühafizə orqanları paytaxt sakinlərini hərhansı şübhəli əşya ilə rastlaşdıqları halda dərhal polisə məlumatverməyə çağırıb.
Qeyd olunur ki, yanvarın 15-i günorta saatlarınadək ümumilikdə11 partlayıcı qurğu tapılıb. Həmin qurğuların hamısı yaşayışərazilərində, səkilərin və piyada yollarının yaxınlığında, eləcə dəşəhər parklarında aşkar edilib.