AZ

İnter in hücumçusu dekabr ayı üçün A Seriyasının ən yaxşı oyunçusu seçilib

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"İnter"in hücumçusu Lautaro Martines dekabr ayı üçün A Seriyasının ən yaxşı oyunçusu seçilib. Sport24.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

"Nerazzurri" ötən ay "Komo"nu 4-0 hesabı ilə məğlub edib. Bundan başqa "Cenoa" (2-1) və "Atalanta" (1-0) üzərində qələbə qazanaraq ayı məğlubiyyətsiz başa vuran yeganə komanda olub.

Qeyd edək ki, "İnter"in hücumçusu hər 3 matçda meydanda olub və 3 qol, bir məhsuldar ötürmə ilə yadda qalıb. 28 yaşlı Martines bu mövsüm ümumilikdə 25 oyun keçirib, 14 qol vurub və 4 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
26
sport24.az

10Mənbələr