Danimarka Qrenlandiyaya hərbi kontingent yerləşdirməyə başlayıb.
Publika.az xəbər verir ki, Danimarka Silahlı Qüvvələrinin qabaqcıl bölməsi artıq Qrenlandiyaya çatıb.
Qrenlandiya və Danimarka hakimiyyətləri adada hərbi mövcudluğun genişləndiriləcəyini və 2026-cı il ərzində müttəfiq ölkələrlə birgə hərbi təlimlərin davam etdiriləcəyini elan ediblər.
Bu gün, həmçinin İsveç Qrenlandiyaya hərbi personalının bir hissəsini göndərdiyini təsdiqləyib.
Almaniya da bu həftə hərbçilərdən ibarət ilk heyəti Qrenlandiyaya göndərəcək. Bu barədə “Bild” qəzeti yazır ki, əvvəlcə Almaniya Silahlı Qüvvələrinin (Bundesverin) bir neçə üzvündən ibarət öncü dəstə adaya göndəriləcək. İlk kəşfiyyat qrupu yanvarın 15-də yola düşəcək.